16 mart 2020 10:41
824

Özbəkistanda koronavirusa yoluxanların sayı dördə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı dördə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə ilk koronavirus faktının qeydə alındığı Parisdən gələn qadının ailə üzvlərinin analizi göstərir ki, onun oğlunda və qızında da koronavirus aşkarlanıb.

Səhiyyə Nazirliyi martın 15-də İstanbuldan Özbəkistana gələn daha bir nəfərdə də koronavirus aşkar olunduğunu bildirib.