11 fevral 2019 18:53
82

Özbəkistanin güc strukturlarında kadr dəyişikliyi olub

Özbəkistan hökumətində kadr dəyişiklikləri olub.

AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-leytenant Abdusalom Azizov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sədri təyin edilib. İndiyədək DTX-nin sədri olan İxtiyar Abdullaev isə səhhəti ilə əlaqədar vəzifədən gedib.

Bundan əvvəl Daşkənd Hərbi Dairəsinin komandanı olan Baxodir Kurbanov yeni müdafiə naziri təyin olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu təyinatlarla bağlı Fərman imzalayıb.