19 yanvar 2020 21:03
1247

Özbəkistanın portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə yerləşdirilib

Özbəkistanın “nargiz.uz” portalında 20 Yanvar faciəsi ilə bağlı rus dilində “20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda qəhrəmanlıq mübarizəsidir” sərlövhəli məqalə yer alıb.

Materialda 20 Yanvar faciəsinin yaranma səbəbləri, keçmiş sovet ordusunun Bakıya yeridilməsi haqqında məlumat verilir.

Yazıda bildirilir ki, 20 Yanvar Azərbaycan xalqının tarixində həm faciəli, dəhşətli gün, həm də qəhrəmanlıq, mübarizlik səhifəsidir. Müəllif yazır ki, o dəhşətli günlərdən nə qədər uzaqlaşsaq da, 20 Yanvar mərdlik rəmzi kimi yaddan çıxmayacaq. Qəhrəmanlıq rəmzi kimi gələcək nəsillər bu faciəyə daha doğru və daha dəqiq qiymət verəcək.

Məqalədə vurğulanır ki, 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş mərhələsidir. Materialda həmin gecə Bakıda qəddarlıqla öldürülən, yaralanan şəhidlərin sayı haqqında da məlumat var.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunub. //AZƏRTAC