15 may 2019 16:13
109

Özəl sektorun ixracı 89 faiz artıb

Bu ilin yanvar-aprel aylarında ölkə üzrə ixracın 4 milyard 236 milyon 136,60 min ABŞ dolları dövlət sektorunun,  2 milyard 836 milyon 822,92 min ABŞ dolları  özəl  sektorun, 17 milyon 220 dolları fiziki şəxslərin payına düşüb

“İki sahil” Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən bildirir ki, ötən ilin eyni dövründə dövlət sektorunun ixracı  4 milyard  136 milyon 666,37 min dollar,  özəl sektorun ixracı  1 milyard  501 milyon 292,9 min dollar,  fiziki şəxslərin ixracı  13 milyon 948,60 min dollar olub.

Bununla da, cari ilin 4 ayında dövlət sektorunun ixracı 2,4 faiz, özəl sektorun ixracı 89 faiz, fiziki şəxlsərin ixracı 21,9 faiz artıb.

Hesabat dövründə ixrac əməliyyatlarının  yüksək həddi  aprel ayında (2 milyard 605 milyon  407,61 min dollar), aşağı həddi  yanvar ayında (1 milyard  279 milyon  627,61 min dollar) olub.