16 yanvar 2021 01:09
772

Özil "Fənərbağça"ya keçir?

"Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçusu Məsut Özilin "Fənərbaxça" ilə razılaşdığı barədə yayılan xəbərlərə münasibət bildirib.

"İki sahil" xəbər verir ki, 38 yaşlı mütəxəssis 32 yaşlı yarımmüdafiəçinin keçidi üçün İsanbul təmsilçisi ilə danışıqlar apardıqlarını deyib:

"Məsutun "Arsenal"dan ayrılmağa nə qədər yaxın olduğunu bilmirəm. Amma texniki direktorumuzla "Fənərbaxça" arasında  danışıqlar gedir. Lakin hələ ortada konkret bir şey yoxdur".

Xatırladaq ki, Özil mövsümün əvvəlində "Arsenal"ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi. Onun "topçular"la hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir.