27 yanvar 2020 19:35
1280

Özümə Messini yox, Ronaldunu örnək alıram

PSJ-nin ulduz futbolçusu Kilyan Mbappe İtaliya mətbuatına müsahibə verib.

Fransalı oyunçu özünün kumirini açıqlayıb. "Əgər Fransada doğulmusunuzsa, sizin kumiriniz Zidan olmalıdır. Ancaq Zidanla yanaşı, özümə Kristianu Ronaldunu da örnək alıram. Messi kimi olmaq üçün artıq gecdir. Çünki o, indiyə qədər yalnız bir komandada çıxış edib. Mən isə artıq komandamı dəyişmişəm. Ona görə Ronaldonu kumir seçməliyəm" -deyə, Mbappe bildirib.

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm PSJ-də 23 oyun keçirib və 21 qol vurub. //Matc.az