16 may 2020 18:39
544

Özünü blogger adlandıran Tərtər sakini cərimələndi

Özünü blogger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə RPŞ-nin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə pratokolu tərtib edilərək sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyindən “İki sahil”ə daxil olan məlumata görə, xüsusi karantin rejiminin tətbiqindən sonra bu, Z.Mahmudovun inzibati qaydada 3-cü cəzasıdır. Bundan əvvəl də o, 2 dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub.