29 iyun 2020 10:26
219

Pakistanda daha 7210 nəfər koronavirusa yoluxub

Son 24 saatda Pakistanda COVID-19 virusuna 7210 yoluxma halı qeydə alınıb, bununla da xəstələrin ümumi sayı 203 min nəfərə yaxınlaşıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutka ərzində 83 xəstə həyatını itirib və ölənlərin sayı 4 min 118 nəfərə çatıb. İndiyədək 92 min 624 xəstə sağalıb.

Hazırda ölkə xəstəxanalarında 106 min 213 nəfər müalicə alır, onlardan 2 min 805-i ağır vəziyyətdədır.