15 yanvar 2020 17:00
87

Pakistanda yağan qar 95 nəfərin ölümünə səbəb oldu

Son iki gündə qar və yağış Pakistanda uçqun, torpaq sürüşməsi və  evlərin damlarının dağılması ilə nəticələnib

Azad Cammu və Kəşmir bölgəsindəki Neelum dərəsində 15 kəndə təsir edən uçqun və sürüşmə nəticəsində 67 nəfərin ölüb, 53-ü yaralanıb. 

Bəlucistan bölgəsində güclü qar yağışı 21 nəfərin ölməsinə səbəb olub.

Yerli medianın məlumatına görə, Pəncab əyalətində 7 nəfər ölüb.

Kəşmirdə məktəblərdə tətil elan edilib. Burada bir çox yaşayış məntəqəsi ilə  əlaqə kəsilib.