27 yanvar 2021 01:18
770

Pandemiyası dövründə psixiatr və psixoterapevt xidmətlərinə tələbat artıb

Koronavirus pandemiyası dövründə psixiatr və psixoterapevt xidmətlərinə tələbat artıb.

"İki sahil" bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib. Onun sözlərinə görə, ÜST 130 ölkədə COVID-19 infeksiyasının nevroloji və psixi sağlamlığa təsirini tədqiq edib: "Həmin ölkələrin 93 faizində psixoterapevt xidmətlərinə tələbat artıb. Eyni zamanda, psixoloji xidmətlərin göstərilməsində çatışmazlıqlar da yaranıb".