23 sentyabr 2020 00:15
760

Pandemiyaya görə Çempionlar Liqasında mübarizəni dayandırdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizovanın çıxış etdiyi Belarusun “Minçanka” klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiya Super Liqası çərçivəsində Krasnodarın “Dinamo” klubu ilə oyundan qayıtdıqdan sonra komandanın üzvlərindən COVID-19 testi götürülüb və bir voleybolçuda koronavirus aşkarlanıb. Bu səbəbdən Çempionlar Liqasının birinci turu çərçivəsində sentyabrın 23-də keçirilməsi nəzərdə tutulan Almaniyanın “Ştutqart” komandası ilə görüş ləğv olunub və Belarus təmsilçisinə texniki məğlubiyyət verilib.

“Minçanka” klubu mübarizəni CEV kuboku yarışlarına davam etdirəcək.