15 yanvar 2020 13:49
728

Parlament seçkilərinin sağlam rəqabət mühitində keçəcəyinə inam böyükdür

“Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədə gedir”. Bunu secki-2020.az saytına açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Cəmiyyətdə parlament seçkilərinə marağın böyük olduğunu bildirən politoloq qeyd edib ki, bu seçkilər öz xüsusiyyətinə görə bundan əvvəlkilərdən fərqlənir: “Bu dəfə seçkilərə diqqət daha çoxdur. Bu, seçki dairələri üzrə imzatoplama kampaniyasında iştirak edənlərin sayında da özünü biruzə verir”.

Z. Məmmədov vurğulayıb ki, ölkəmizdə hazırda sağlam seçki mühiti mövcuddur: “Cəmiyyətdə parlament seçkilərinin sağlam rəqabət mühitində keçəcəyinə inam böyükdür”.