09 dekabr 2019 15:32
166

Partiya üzvünün əlini sıxmadığı üçün məhkəməyə verildi

Almaniyanın Türingiya əyalətində yerləşən Ayzenax Bələdiyyəsinin sədri Katya Volf sağçı partiya üzvü Patrik Vişke ilə əllə görüşmədiyi üçün məhkəməyə verilib.

Publika.az xəbər verir ki, bələdiyyə sədrini məhkəməyə verən Vişke, təzminat ya da vəzifəsindən uzaqlaşdırılmaq yerinə Volfun məcburi əlini sıxmasını tələb edib.

Alman mətbuatına açıqlama verən bələdiyyə sədri Wolf bunları deyib: “Sağçı, irqçi və konstitusiya qaydalarına qarşı olan biriylə fiziki təmasda olmaq istəmirəm”.