03 dekabr 2020 11:05
860

Paşinyan aksiyaları dağıdan polislərə pul verəcək

Qarabağ müharibəsinin Ermənistanın acınacaqlı məğlubiyyəti ilə yekunlaşması Paşinyan hakimiyyətini çətin duruma salıb. Bu səbəbdən erməni xalqı artıq bir aya yaxındır ki, ardıcıl etiraz aksiyaları keçirir, əvəzində polis zorakılığı ilə qarşılaşır.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökuməti Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalarda vətəndaşlara güc tətbiq edən polisləri həvəsləndirmək üçün müxtəlif mükafatlar vəd edib.

“Bir çox insan düşünür ki, polis 2018-ci ildə etirazçılara qarşı niyə mülayim davrandığı halda, indi bu qədər aqressivdir. Halbuki əksinə olmalı idi, “Artsax”ın (Qarabağ-red.) Azərbaycana qaytarılmasından sonra indiki polis “ehtirasları” azalmalı idi. Bunun çox sadə bir səbəbi var. Polislərə maddi vədlərin verilməsi ortaya çıxıb - onlar ilin sonunda mükafatlandırılacaqlar!”, - deyə erməni KİV-ləri yazıb.