29 sentyabr 2020 18:41
774

Paşinyan Azərbaycan əsgərinin çaldığı havaya oynaya bilərmi?

Yalançılıqda dünyada tayı-bərabəri olmayan ermənilər hətta nisbi sakitlik üçün, gələcəkdə isə özlərinin ziyanına işləyən yalanları da yaymaqdan çəkinmirlər. Bu günlər çətin vəziyyətə düşmüş Ermənistan rəhbərləri öz xalqını aldadaraq ağ yalan danışır və həqiqəti təhrif edirlər.

Erməni mətbuatının məlumatına görə, guya Ermənistanı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən Zod-Kəlbəcər yolu özləri tərəfindən qapadılıb.

Mətbuat bu məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin bəyanatına əsasən yayıb. Ancaq nazirlik bu yolun hansı səbəbdən bağlandığını açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Murov dağındakı zirvəni ələ keçirdiyini və bununla Ağdərə-Kəlbəcər magistral yolunu nəzarət altına aldığını açıqlamışdı. Ermənistan tərəfi sonradan bu informasiyanı təkzib etmişdi. Zod-Kəlbəcər yolu Ağdərə-Kəlbəcər yolunun bir hissəsini təşkil edir. Murov zirvəsinin alınması o deməkdir ki, Ordumuz bu yolu, erməni qoşunlarının dislokasiya yerlərini və böyük əraziləri nəzarət altına alıb. Nikol Paşinyanın komandası ictimaiyyəti sakitləşdirmək üçün Murov zirvəsinin Azərbaycan Ordusu tərəfindən alınmasını gizlədir. Ancaq Ermənistanın riyakarlığı bununla bitmir.

Füzuli və Tərtər istiqamətində səkkiz yaşayış məntəqəsinin azad edilməsini və Murov yüksəkliyinin Azərbaycan Ordusu tərəfindən alınmasını da gizlətməyə cəhd edən, döyüşlərdə öldürülən və yaralananların sayını dəfələrlə azaldan  Ermənistan rəhbərliyi başda baş nazir Nikol Paşinyan olmaqla öz xalqını aldatmaqla nəyə nail olacağını heç özü də bilmir. Dörd ay əvvəl Şuşada qondarma inaqurasiya tamaşası keçirən, yeyib-içib keflənən və sonra sərxoş vəziyyətdə kloun kimi rəqs edən düşük Nikol Paşinyan indi yas içindədir. Görəsən başsız baş nazir niyə hərbi paltar geyinib şou göstərən arvadını və oğlunu döyüşə göndərmir? Anna Akopyan bir həftə əvvəl müxtəlif pozalar verərək Azərbaycan Ordusuna qarşı döyüşəcək qadın batalyonu yaratdığını bildirirdi. Hanı o batalyon? Çəmənliyə uzanaraq snayper tüfəngini Azərbaycana tərəf tuşlayan Anna indi niyə döyüş zonasına gəlmir?  Görəsən Nikol Paşinyan indi gəlib Ağdərədə rəqs edə bilərmi, ümumiyyətlə, bura gəlməyə cəsarət edərmi? Qətiyyətlə deyə bilərik ki, yox.

Ermənilərin qorxaq və namərd olmaları barədə saysız-hesabsız faktlar var. Bizim dədə-babalarımız deyərdilər ki, ermənilər öz qanlarından qorxan millətdir. Onların “erməni qan gördü” zərb-məsəli yüz dəfə ölçülüb- biçilmiş bir həqiqətdir.

Ermənistanın qorxaq rəhbərlərindən biri də ölkənin müdafiə naziridir. Dağlıq Qarabağda döyüş əməliyyatları  başlayanda Ermənistan müdafiə naziri David Tonoyan yoxa çıxmışdı. Erməni mətbuatı yazırdı ki, müdafiə naziri qaçıb və ya xəbərsiz itkin düşüb. Lakin o, qəflətən itdiyi kimi qəflətən də peyda olub.

Erməni mənbələrinin bildirdiyinə görə,  ordusu sarsıdıcı zərbələr almış Ermənistanın müdafiə naziri  işğal altındakı Azərbaycan ərazilərinə gəlib Dağlıq Qarabağ terrorçularının başçısı Araik Arutyunyanla görüşüb. David Tonoyan daha sonra onunla birgə qoşunların təmas xəttinə gəlib və baş verənləri öz gözləri ilə görüb. Deylənlərə görə, artıq Azərbaycana addımbaşı ultimatumlar göndərən Tonoyanın lovğalığından əsər-əlamət belə qalmayıb. Kadrlarda onun ölgün siması görünür. “Mən Ağdamdayam, gəlin döyüşək” deyən Davidin indi dili-ağzı quruyub. Paşinyan kimi küçədən gətirilib nazir kürsüsünə qondarılan Tonoyan müharibə haqqında təsəvvürə belə malik olmadığı üçün məğlub durumda olan ordusuna heç bir kömək göstərə bilmir. O da “şefi” Nikol Paşinyan kimi gözlərini döyə-döyə qalıb.

“Araba kölgəsindən” məhrum olan Ermənistan yiyəsiz qalmış tula kimi yiyəsini axtarır. İndi Paşinyan dünyaya səs salıb hər yetəndən kömək istəyir, amma heç kəs işğalçıya kömək etmək istəmir. “Quyruğu” qapı arasında qalan bu anormal adam çıxış yolunu onda görür ki, müharibə davam etsin, vəziyyət gərgin olsun. Çünki başa düşür ki, onun hakimiyyəti döyüşlərin nəticəsindən asılıdır. Azərbaycan Ordusunun inamla irəliləməsi, Ermənistan ordusunu dalbadal məğlubiyyətə uğratması  Paşinyanın sonunu daha da yaxınlaşdırır.

Rəqs etməyə həvəskar olan Nikol görəsən gəlib Ağdərədə Azərbaycan əsgərinin çaldığı havaya oynaya bilərmi?

Vəli İlyasov, “İki sahil”