08 avqust 2019 13:12
166

Paşinyan Qırğızıstana gedir

Ermənistanın Baş Naziri Nikol Paşinyan Avrasiya İqtisadi Komissiyasının (AİK) Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstana iki günlük işgüzar səfərə gedəcək.

"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyanın mətbuat katibi Vladimir Karapetyan açıqlamasında bildirib ki, Qırğızıstandakı gərgin daxili siyasi vəziyyətə baxmayaraq, tədbirin gündəliyində heç bir dəyişiklik nəzərdə tutulmur.

Qeyd edək ki, iclas Çolpon-Ata şəhərində keçiriləcək.

Xatırladaq ki, hazırda Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin həbsi qərarına etiraz olaraq tərəfdarları onun iqamətgahının qarşısına toplaşıb. Xüsusi təyinatlılarla baş vermiş qarşıdurmada 43 nəfərin yaralandığı, qeyri-rəsmi məlumata görə isə, xüsusi xidmət orqanının bir əməkdaşının öldüyü bildirilir.