07 iyun 2020 13:21
1061

Paşinyandan etiraf: Ermənistan çox acınacaqlı vəziyyətə düşüb

“Bütün səylərimizə baxmayaraq, Ermənistan çox acınacaqlı vəziyyətə düşüb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş 200-ə yaxın insan xəstəxanada müalicə almaq üçün növbə gözləyir. İki nəfər reanimasiyada yer olmaması səbəbindən ölüb.

"Səhiyyə sistemi o qədər yüklənib ki, xəstəxanalar artıq xəstələri qəbul edə bilmir. Acı həqiqətdir ki, təcili tibbi yardımın gecikməsi səbəbindən insanlar koronavirusdan dünyasını dəyişir”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ailə üzvləri də koronavirusa yoluxub. Bu günədək ölkədə 13 min 130 yoluxma aşkarlanıb, 200 nəfər pandemiyadan ölüb. //Azvision.az