04 dekabr 2020 16:16
795

Patrik Vieyra istefaya göndərildi

"Nitsa" baş məşqçisi Patrik Vieyra ilə yolları ayırıb.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, Fransa təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Bayer"ə (Leverkuzen) 2:3 hesabı ilə uduzmasından sonra bu qərar verilib.

Qeyd edək ki, P.Vieyra 2018-ci ilin iyunundan "Nitsa"nı çalışdırırıdı. Onun rəhbərliyi altında komanda Liqa-1də 11 turdan sonra 17 xalla 11-ci yerdə idi. Frasa təmsilçisi Avroliqada isə 5 turdan sonra pley-offa yüksəlmək şanslarını itirib.