01 fevral 2019 18:30
334

Penitensiar xidmət: Hüseyn Abdullayev aclıq aksiyası keçirmir

"Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayevin aclıq aksiyası keçirməsi haqqında məlumat həqiqəti əks etdirmir".

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

O bildirib ki, H.Abdullayev hazırda heç bir aclıq aksiyası keçirmir.

M.Sadıqov onu da əlavə edib ki, Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırovun aclıq aksiyası keçirməsi haqqında deyilənlər də həqiqəti əks etdirmir: "Taleh Bağırov aclıq aksiyası keçirmir".