31 yanvar 2019 12:23
128

Pentaqon Meksika ilə sərhədə 2000 Amerika əsgəri yollayacaq

ABŞ-Meksika sərhədinə təqribən 2000 Amerika əsgəri göndəriləcək. AZƏRTAC xəbər verir ki, bu, Tramp Administrasiyasının Birləşmiş Ştatların cənub sərhədinin mühafizəsinə yönəldilmiş sərhəd siyasətinin həyata keçirilməsi istiqamətində növbəti addımdır. Gözlənildiyinə görə, hərbi qulluqçular 257 kilometr uzunluğunda məftil hasarın çəkilməsi və möhkəmləndirilməsi işlərində iştirak edəcəklər.

ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan Pentaqonda mətbuat konfransında jurnalistlərə deyib ki, “bir neçə min” hərbi qulluqçu ABŞ və Meksika sərhədinə yollanacaq. Onlar Texas, Arizona və Kaliforniyada cəlb olunmuş 2350 əsgərə qoşulacaq. Şanahanın sözlərinə görə, cəlb edilmiş əsgərlərin ümumi sayı təqribən 4500 nəfər olacaq, lakin bu rəqəm müvəqqətidir, çünki bəzi bölmələr, çox güman, öz bazalarına qayıdacaqlar.