14 may 2019 12:09
267

Pentaqondan İrana qarşı MÜHARİBƏ PLANI - ŞOK İDDİA

Pentaqon İranın öz nüvə fəaliyyətini sürətləndirəcəyi və ya Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə Yaxın Şərqə 120 min əsgər göndərməklə bağlı plan hazırlayıb.

Publika.az xəbər verir ki, bu haqda yeni planla tanış olan Amerika məmurlara istinadən “New York Times” qəzeti yazıb.

Ölkənin milli təhlükəsizliyi üçün məsuliyyət daşıyan məmurların sözlərinə görə, ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanaxan mayın 9-daa ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə əsas köməkçilərinin görüşündə planı təqdim edib. Yeni plan prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun təzyiqi altında hazırlanıb.

Qəzetin məlumatına görə, planda açıqlanan hərbi qulluqçuların sayı görüşdə olanlardan bir çoxunu şoka salıb, çünki 2003-cü ildə İraqa müdaxilədə təxminən bu qədər Amerika hərbçisi iştirak edirdi.

Yenilənmiş plan İrana qarşı quru əməliyyatını nəzərdə tutmur, bu halda olduqca çox hərbçi lazım olardı.

Qeyd edək ki, ABŞ daha əvvəl İran tərəfindən təhlükənin kəskin artdığını elan edərək regiona təyyarədaşıyan qruplaşmanı və strateji bombardmançıları göndərib.