08 aprel 2020 11:21
2958

Pərviz Abdullayev “Survivor”dan çıxarıldı - FOTO

Azərbaycanlı kikboksçu Pərviz Abdullayevin “Survivor” macərası başa çatıb. Türkiyədə və Azərbaycanda ən çox izlənilən yarışmalarından biri olan "Survivor"da ötən gün seçim həyəcanı yaşanıb. Toxunulmazlığını itirən məşhurlar dünən Perviz və Ezgi'nin namizədliyini irəli sürüb. 

"İki sahil" xəbər verir ki, Türkiyənin “Survivor” şou yarışından bu dəfə çıxarılan şəxs Pərviz olub. Pərviz Abdullayev yayımlanan son hissədə çıxarılan şəxs idi. Acun İlıcalı Pərvizin yarışdan ayrılmasından sonra "Survivor" başladığı gündən kədərləndiyim gün olduğunu  deyib. 

Qeyd edək ki, Pərviz Abdullayev fevralın 16-dan başlayan yarışda “Məşhurlar” komandasında çıxış edirdi.