05 fevral 2019 10:50
92

“PetroRio” “Frade” yatağındakı payı almaq niyyətindədir

Braziliyanın   “PetroRio SA” müstəqil  neft şirkəti 70 % paya sahib olduğu “Frade” neft yatağında “Petrobras” şirkətinə məxsus olan  qalan 30% payı almaq niyyətindədir. Yataq “Chevron” şirkətinin tabeliyindədir.

“PetroRio” şirkəti bu yaxınlarda  “Chevron Corp.” şirkəti ilə sözügedən dərinsulu neft yatağındakı  böyük payı almaq üçün müqavilə imzalayacaq. 

“PetroRio” “Petrobras”dan alacağı payı tez əldə etməyə səy göstərir və daxili məsələlərin müzakirəsinin gizli qalmasını istəyir.  

“İki sahil”  “reuters.com”  saytına istinadən xəbər verir ki, “PetroRio” şirkətinin “Chevron” ilə  bağlayacağı satış müqaviləsinin dəyəri açıqlanmır.

Qeyd edək ki, “PetroRio”  Rio-de-Janeyronun şirkətidir və keçən il sözügedən şirkət “Frade” yatağından 18.3 % pay əldə edib. Şirkətin həmin payı almaqda məqsədi böyük payın Rio-de-Janeyro sahilindəki  Kampos hövzəsində yerləşməsidir.  Bu müqaviləyə görə,  şirkət gündəlik olaraq  həmin paydan  28000 barrel neft hasil edəcək.