15 yanvar 2020 18:49
148

Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Ötən il dekabrın 29-da saat 23 radələrində Abşeron rayonu ərazisində naməlum avtomobillə Sumqayıt şəhər sakini M.Hüseynov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yol qəzasını törədərək hadisə yerindən yayınmış “VAZ-21074” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini T.Ağayev Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.