04 iyul 2020 16:14
1171

Polis Cəlilabadda sərtləşdirilmiş karantin rejiminin tələblərinə nəzarəti gücləndirib

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və mübarizənin səmərəsinin daha da yüksəldilməsi ilə bağlı poçt məntəqələrinin, bankların və bankomatların, o cümlədən insanların daha çox müraciət etdiyi digər müəssisələrin qarşısında sosial məsafənin gözlənilməsinin təmin edilməsi məqsədilə cizgilənmə işləri aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən vətəndaşlara mütəmadi olaraq tibbi maskalar paylanılır və evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməsinin, insanlarla təmas zamanı iki metrlik ara məsafəsinin saxlanılmasının, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət edilməsinin onların və yaxınlarının sağlamlığı üçün zəruriliyi vurğulanıb.