20 avqust 2019 14:46
770

Polis əməkdaşlarından nümunəvi hərəkət

Baş verən yanğının qarşısının alınmasında fəal iştirak ediblər

Avqustun 19-da səhər saatlarında Şabran rayonunda dağlıq ərazidən başlayan yanğın Quba rayonunun Zərqova inzibati ərazi dairəsində yerləşən dağlıq və meşəlik ərazilərinə qədər genişlənib.

AZƏRTAC xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yerli sakinlər hadisə yerinə cəlb olunublar. Quba Rayon Polis Şöbəsinin əməkdaşları baş verən yanğının qarşısının alınmasında fəal iştirak ediblər.

Zərqova inzibati ərazi dairəsi ərazisindəki yanğının bir hissəsi qısa müddətdə söndürülüb. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.