13 fevral 2019 12:15
298

Polis marixuana aşkar edib

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik  vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

DİN Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının  keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş  S.Əmirov 5 qramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanmışdır.  Şəxsi axtarış zamanı ondan  əlavə 5,5 qram marixuana aşkar edilmişdir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq çəkisi 28,4 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.

Faktla bağlı cinayət işi başlanılmışdır.