07 iyul 2020 22:59
484

Polisin qanuni tələblərinə əməl etməyən şəxs həbs edilib

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejimi qaydalarını pozan və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. “İki sahil” xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsində toplanmış̧ materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci və 211-ci maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.