13 may 2019 11:23
172

Polşa İsrail nümayəndə heyətinin səfərini ləğv edib

İsrailin Sosial Bərabərlik naziri Eli Koenin rəhbərlik etdiyi nümayəndə heyətinin Polşaya səfəri ləğv olunub.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Polşa XİN-in bəyanatında səfərin İsrail tərəfinin son anda nümayəndə heyətinin tərkibini dəyişdirdiyi və səfər zamanı əsas müzakirə mövzusunun əmlakın qaytarılması ehtimalının artdığına görə ləğv olunduğu bildirilir.

Polşa hesab edir ki, II Dünya Müharibəsi dövründə Holokost zamanı yəhudilərin müsadirə edilmiş əmlakının qaytarılması məsələsi bağlanıb.

Qeyd edək ki, İsrailin nümayəndə heyətinin səfəri mayın 13-nə nəzərdə tutulmuşdu.