28 may 2020 14:56
869

Polşada koronavirusa yoluxanların sayı 22 min 473-dür

Polşada koronavirusa yoluxanların sayı son sutkada daha 399 nəfər artaraq 22 min 473-ə çatıb.

Daha 4 nəfər koronavirusun fəsadlarından yaranan xəstəliklərdən vəfat edib və ölü sayı 1028-ə yüksəlib.

Hazırda ölkə üzrə 79 min 7 nəfər koronavirus ehtimalı səbəbindən karantində, 19 min 682 nəfər sanitar-epidemioloji nəzarətdə, 2320 nəfər isə xəstəxanadadır, 10 min 330 nəfər tam sağalaraq normal həyatına qayıdıb.

Polşa hökuməti mayın 30-dan etibarən ölkə üzrə əhalinin maska taxma məcburiyyətini aradan qaldırır. Həmçinin yaxın günlərdə artıq 150 nəfərədək insanın toplanmasına da icazə veriləcək. //AZƏRTAC