Fransanın "Marsel" klubu "Napoli"nin oyunçusu Arkadiuş Miliki heyətinə cəlb edib.
“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi polşalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.
"Marsel" 26 yaşlı forvardı 8+4 milyon avro qarşılığında transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Napoli" Miliki 2016-cı ildə "Ayaks"dan 32 milyon avroya transfer edib