21 sentyabr 2020 11:22
735

Pompeo Azərbaycan və Ermənistanı substantiv danışıqları bərpa etməyə çağırıb

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistanı tezliklə substantiv danışıqları bərpa etməyə çağırıb.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, bu barədə M. Pompeo Ermənistanının müstəqillik günü münasibətilə təbrikində bildirib.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”, - deyə ABŞ Dövlət katibi qeyd edib.