14 may 2019 20:17
206

Pompeo Soçidə Putinlə görüşəcək

ABŞ dövlət departamentinin rəhbəri Soçi hava limanında təyyarədən enib.

Amerikalı diplomat rusiyalı həmkarı Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Ehtimal edilir ki, tərəflərin müzakirə mövzusu İranın fəaliyyəti olacaq. Çünki İran son dövrlər Yaxın Şərqdə ABŞ maraqlarını təhlükə altına alır. Eyni zamanda Suriya və Venesuela böhranı da tərəflərin müzakirə mövzusu olacaq.

Pompeonun əvvəlki planında Moskvaya səfər nəzərdə tutulsa da, sonradan bu hissə ləğv edilib. Dövlət katibi özü bildirib ki, Lavrov və Putinlə görüş zamanı vacib məsələlərə diqqət edəcək.