28 yanvar 2020 17:09
1168

Premyer Liqamızda 10 komanda 10 çıxış edəcək

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edək komandaların sayı 8-dən 10-a artırılacaq.

Bu haqda AFFA-nın yeni vitse-prezidenti Vaqif Sadıqov bu gün keçirilən mətbuat konfransında bildirib.

"Hamımız klubların sayını artırmaq istəyirik. Onların sayını 10-a çatdırmağı planlaşdırırıq. Bu iki komanda əyaləti təmsil edəcək".

Qeyd edək ki, hələlik adlar rəsmən açıqlanmasa da, həmin iki komandanın “Kəpəz” və “Turan Tovuz” olacağı bildirilir.

Qol.az