16 avqust 2019 10:25
112

Premyer Liqamızda yeni mövsüm başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümü start götürəcək. 

Qol.az xəbər verir ki, 28-ci ölkə çempionatında 8 klub 4 dövrəli sistem üzrə mübarizə aparacaq.

Mövsümün açılış matçı "Dalğa Arena"da olacaq. Burada "Keşlə" son illərin çempionu "Qarabağ"ı qəbul edəcək. 

Turun digər oyunları qarşıdakı üç gün ərzində keçiriləcək.

16 avqust (cümə)

Azərbaycan Premyer Liqası, I tur

19:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
“Dalğa Arena”


17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

 

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“ASCO Arena”.

 

19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Bakcell Arena”