13 mart 2020 17:20
1187

Prezident Aqiyə Naxçıvanlını təltif etdi - SƏRƏNCAM

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aqiyə Həbib qızı Naxçıvanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, A.Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin deputatıdır.