24 iyun 2020 16:30
228

Prezident Gəncədə MİDA tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olub

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verilib.