24 iyun 2020 16:29
215

Prezident Gəncədə zavod açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib. Prezident İlham Əliyev zavodu işə salıb.