13 fevral 2019 17:30
216

Prezident məktəb tikintisinə pul ayırdı SƏRƏNCAM

Beyləqanın Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi üçün bina tikiləcək

Prezident İlham Əliyev fevralın 13-də “Beyləqan rayonunun Dünyamalılar kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Beyləqan rayonunun Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.