27 yanvar 2021 23:07
942

Prezident seçkiləri videokonfrans formatında keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentinin seçkiləri mart sessiyasında videokonfrans vasitəsi ilə keçiriləcək.

"İki sahil" xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tomas Bax mətbuat konfransında məlumat verib. Qarşıdakı seçkilərdə təşkilatın prezidentliyinə yeganə namizəd T.Bax olacaq. Olimpiya Komitəsinin iclası 10-12 mart tarixlərində baş tutacaq.