30 iyul 2020 13:57
503

Prezident şəhid generalla bağlı tapşırıq verdi

Qəbələdə küçələrdən birinə general Polad Həşimovun adı veriləcək

İyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Açılış mərasimində Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Prezident İlham Əliyev Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.