01 fevral 2019 16:07
354

Prezident Şirinov qardaşları ilə görüşüb FOTO

Ukraynada bir ailənin üç üzvünü ölümdən qurtaran Şirinov qardaşlarını Azərbaycan Prezidenti də təltif edib

Həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşlarının Prezident İlham Əliyevin Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif edilməsi bu ölkədə rəğbətlə qarşılanıb.

Xatırladaq ki, yanvarın sonlarında axşam saatlarında Nikolayev şəhərinin Zayçevskoye kəndi yaxınlığında yük maşınından qopan qoşqu üç nəfərdən ibarət ailənin içərisində olduğu minik avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobili alışıb. Hadisə zamanı yoldan keçən Umud və Sabir Şirinov qardaşları 40 metr aralıda aşmış avtomobili görüblər və onun içindən uşaq çığırtısını eşidiblər. Şirinov qardaşları həyatlarını təhlükə altında qoyaraq yanan avtomobildən uşağı çıxarmağa tələsiblər. Maşının yan şüşələrini sındırsalar da, bir nəticə hasil olmayıb. Sonra arxadan yük yerinin qapısını sındıraraq avtomobilə daxil olublar.

Bu dəfə onlar ağlayan 3 yaşlı uşağı və onun anasını avtomobildən çıxara biliblər. Maşında ön oturacaqların arasında ailə başçısı qalmışdı. Onu çıxarmaq praktiki olaraq qeyri-mümkün idi, alov isə boru vasitəsilə sürətlə qaz balonuna yaxınlaşırdı. Ətrafdakılar qışqırırdılar ki, qaçın, indi partlayış olacaq. Şirinov qardaşları isə aşkar təhlükəyə baxmadan yük yerindən içəri daxil olub, oturacaqları sındırıb və kişini dartıb çıxarıblar. O, huşsuz vəziyyətdə salonda ilişib qalmışdı.

Ailənin hər 3 üzvü xilas ediləndən təxminən bir dəqiqə sonra maşındakı qaz balonu partlayıb.

Ukraynanın tanınmış KİV-ləri soydaşlarımızın qəhrəmanlığını geniş işıqlandırıb.