25 yanvar 2020 15:51
749

Prezident tələbələrin zəlzələ zonasından təxliyyəsi barədə tapşırıq verdi

Prezident İlham Əliyev azərbaycanlı tələbələrin Türkiyədə zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görür.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.