10 sentyabr 2019 15:17
81

Prezident təqaüdü gənclərə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir

Ölkəmizdə təhsilin inkişafı, gənclərin təhsilə marağının artırılması və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqətində olub. Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamı biz gənclərə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bunun üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.

Bunu AZƏRTAC-a müsahibəsində builki ali məktəblərə qəbul imtahanlarında III ixtisas qrupunda yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülən Kamaləddin Fərəcli söyləyib. O deyib: “Buraxılış və qəbul imtahanlarına çox ciddi hazırlaşırdım. Məqsədim Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olmaq idi. İmtahanlarda 678 bal toplayaraq istədiyim ali məktəbin tələbə adını qazandım və arzuma çatdım. Çalışacağam ki, müəllimlərimin və təhsil aldığım 82 nömrəli məktəbin kollektivinin etimadını doğruldum”.