08 aprel 2020 19:22
1148

Prezidentin köməkçisi: Ermənistan öz çirkin siyasi oyunlarına davam edir

Bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirildi. Bu qanunsuz seçkilər beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi, Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə beynəlxalq ictimaiyyət tərəfindən dəstək göstərildi və bu “seçkilər”in qeyri-qanuni xarakter daşıdığı və onun tanınmadığı bir daha da vurğulandı.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev vurğulayıb ki, burada xüsusilə Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən ifadə olunan mövqeyi qeyd etmək lazımdır:

“Yəni 120 dövlət yekdilliklə Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü, suverenliyini dəstəklədi. Ermənistanın və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin xisləti bir daha da ondan xəbər verir ki, bütün dünya koronavirusdan əziyyət çəkdiyi bir halda, onlar öz çirkin siyasi oyunlarını davam etdirdilər”.