29 iyul 2020 18:01
515

Prezidentin Qobustana səfəri- sözlə işin vəhdətinin bariz nümunəsidir

29 iyul 2020-ci il tarixdə səhər saatlarında Prezident İlham Əliyev Qobustan rayonuna səfər edərək xüsusi olaraq koronavirus xəstələri üçün inşa edilmiş yeni 200 yerlik modul tipli xəstəxananın açılışını etdi.

Cənab Prezidentin koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü, hər gün minlərlə insanın tələf olduğu, iqtisadiyyatın çökdüyü, dünyanın ən güclü dövlətlərinin çaşıb qaldığı bir vaxtda qətiyyətlə söylədiyi bir fikri yadıma düşdü: Cənab Prezident birmənalı şəkildə bildirdi ki, ”bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” Baş nazirin sədrliyi ilə koronovirusla mübarizə üzrə Opertiv Qərargah yaradılaraq yoluxmanın qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildi, ən müaisr xəstəxanalar koronaviruslu xəstələrin sərəncamına verildi, yeni aparatura və cihazlar gətirildi, tez bir vaxtda maska, tibbi ləvazimat istehsalına başlanıldı. Koronavirusla mübarizə fondu yaradıldı, UST-nın hesabına 10 milyon dollar vəsait köçürüldü, 30 ölkəyə koronavirusla mübarizə məqsədilə hümanitar yardım göstərildi, hər biri 200 yerlik 10 yeni modul tipli xəstəxanaların tikilməsi barədə sərəncam imzaladı. Tez bir vaxtda həmin xəstəxanalar tikilərək koronovisuslu xəstələrinin sərəncamına verildi. Ümumiyyətlə, ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycan dövlətinin koronovirusla mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər, gördüyü işlər bütün dünya üçün bir nümunədir.

Neftin qiymətinin aşağı düşdüyü, büdcə gəlirlərinin azadlığı, iqtisadiyyatın zəiflədiyi bir dövrdə cənab Prezident bildirdi ki, Azərbaycanda heç bir sosial layihə yarımcıq qalmaayacaq, nəzərdə tutulan bütün sasial layihələr icra ediləcəkdir.

Cənab Prezidentin sərəncamnları ilə son aylarda Qobustan rayonunda həyata keçirilən sosial layihələr bunun bariz nümunəsidir. Belə ki, rayonda son vaxtlar Bakı-Şamaxı-Yevlax (88 km) - Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi, 13 km yolun asfaltlaşdırılması, 200 yerlik yeni modul tipli xəstəxanın tikintisi, əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə subartezian quyularının qazılması, Qobustan şəhərində istismar müddətini başa vurmuş 6 ədəd 2 mərtəbəli 8 mənzilli binanı sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 48 mənzili yaşayış binasının tikintisi, illik istehsal gücü 3000 ton olan dənli bitki toxumlarının emalı zavodunun istifadəyə verilməsi, rayonun Sündü kəndində 360 şagird yerlik məktəb binasının tikintisi və s. son aylarda həyata keçirilən sosial layihələrdir.

Ümumiyyətlə. cənab Prezident 2007-ci ildən bəri rayonumuza 6 tarixi səfər etmişdir. Bu səfərlərin hər birində bir neçə açılışlar, səfərdən dərhal sonra rayonun sosial- iqtisadi inkişafının sürətləndirilməsinə  milyonlarla vəsait ayrılmışdır.

Nəticə isə göz qabağındadır. Vaxtıilə başqa rayonun tərkibində olmuş gənc bir rayonun sosial- iqtisadi inkişafının sürətləndirilməsinə, rayon əhalisinin sosial rifahını daha da yaxşılaşmasına ölkə Prezidentinin göstərdiyi bu diqqət və qayğı, həqiqətən, təqdirəlayiqdir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, rayonun sosial-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2003-cü illə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 11.4 dəfə, sənaye 7.1 dəfə, kənd təsərrüfatı 6.2 dəfə, əsas kapitala yönəlmiş vəsait 509 dəfə, o cümlədən tikinti quraşdırma işləri 749 dəfə artmışdır. Ötən dövr ərzində 5182-si daimi olmaqla 30 minə yaxın yeni iş yerləri açılmışdır.

Heydər Əliyev Mərkəzi inşa edilmiş və Ulu Öndərin abidəsi ucaldılmış, Ümummilli liderin adını daşıyan park salınmış, Bayraq Meydanı, Olimpiya idman Kompleksi, Gənclər Mərkəzi, “Qobuland” mehmanxanası, əlil və şəhid ailələri üçün 16 və 8 mənzilli yaşayış binaları tikilmiş, “Azərxalça” ASC-nin Qobustan Filialı, Regional yun qəbulu və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılmış, Alternativ və Bərpa Olunan Enerji mənbələri üzrə Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Qobustan Bağ-Bağat Mərkəzi, 10 min tonluq taxıl anbarı kompleksi, gündəlik istehsal gücü 22 ton olan çörək zavodu, 21 yeni məktəb, 5 mərtəbəli yeni xəstəxana, 100 yerlik uşaq bağçası, onlarla inzibati bina istifadəyə verilmiş, yüzlərlə fərdi yaşayış evləri tikilmişdir. Qobustan şəhərində su və kanalizasiya şəbəkəsi istifadəyə verilmiş, hazırda 3 məntəqədə içməli suyun çəkilişi, Dərəkənd kəndində çirkab sularının təmizlənməsi zavodunun tikintisi davam edir. Yüz illərdi suya həsrət qalan Ərəbqədim, Göydərə, Cəmcəmli, Bədəlli kəndlərinə içməli su xətti çəkildi və indi həmin kəndlərin, Qobustan şəhərinin əhalisi 24 saat fasiləsiz olaraq içməli su ilə təmin edilir.

Bəli, cənab Prezident Qobustanlılara su-həyat verdi. Mənim özümün doğulıub, böyüyüb başa çatdığım Ərəbqədim kəndinə nə vaxtsa, kimsə desəydi ki, bu kəndə su çəkilir, asfalt çəkilir, buna heç kim inanmazdı, hamı bunu möcüzə sayardı.

Bəli, cənab Prezident İlham Əliyev möcüzəni reallaşdırdı, vaxtı ilə boz səhranı xatırladan Qobustan indi gözəl məkana çevrilib. Hər tərəf yaşıllıq, gül-çiçəkdir. Bütün bu amillər insanların həyat şəraitinin , rifah halının daha da yaxşılaşmasına şərait yaratmışdır. Bu gün hər bir Qobustanlı öz gündəlik həyatında hiss edir və qiymətləndirir ki, o bu gün dünənkindən, sabah bu günkündən daha yaxşı yaşayır. Əlbəttə bu uğurların əsasında ilk növbədə güclü, düzgün dövlət siyasəti durur. Məhz bütün bunlara görə qobustanlılar ilk növbədə cənab Prezidentə minnətdardırlar!

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Məqsədimiz Azərbaycanın hər bir bölgəsini inkişaf etdirməkdir”. Cənab Prezident İlham Əliyev 2019-cu ildə Qobustan rayonunda səfərdə olarkən görülən işləri yüksək qiymətləndirərək  demişdir. “Biz Qobustan rayonunun timsalında ölkəmizin ümumi inkişaf dinamikasını görürük”.

Əsrin ən böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xalqımızın və millətimizin qarşısında əvəzsiz xidmətlərindən biri də onun müstəqil dövlətimizin gələcək inkişaf strategiyasını hazırlaması və bu strategiyanı həyata keçirə biləcək lideri – cənab İlham Əliyevi yetişdirərək dövlətimizin sükanını etibarlı əllərə tapşırmasıdır.     Ulu Öndər cənab İlahm Əliyev haqqında deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Bəli, cənab İlham Əliyev Heydər Əliyev siyasətini dövrün, zamanın tələblərinə uyğun zənginləşdirərək uğurla davam etdirir. Ümummilli Liderimizin müstəqil Azərbaycanın gələcəyi barədə arzularını gerçəkləşdirərək ölkəmizi güclü, qüdrətli, zəngin, dövlətə çevirdi.

Ulu öndər Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycan regionun lider dövlətinə çevrilib,dünyada söz sahibidir. Məhz görülən bu işlərin nəticəsidir ki, xalqımızın həyat səviyyəsi günbəgün yüksəlir. Hər bir azərbaycanlı kimi qobustanlılar da bu yüksəlişi, bu tərəqqini, bu inkişafı, rifahımızın yaxşılaşmasını gündəlik həyatlarında hiss edir, görür və yüksək qiymətləndirir.

Cənab Prezidentin siyasətinin təməlində Azərbaycan vətandaşının dayanır. Azərbaycan vətəndaşı əmindir ki, ən ağır durumunda belə dövləti, Prezidenti onun arxasındadır. Cənab İlham Əliyev ölkə rəhbəri seçiləndən bugünədək Azərbaycanın qət etdiyi möhtəşəm yol, həm də ölkəmizin xoş sabahlarına doğru möhkəm körpü rolunu oynayır. Uğurlar göz qabağında olduğundan, tam əminliklə demək olar ki, Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil siyasəti ölkəmizi inamla parlaq gələcəyə aparır.

Füzuli Gülaliyev,
YAP Qobustan rayon təşkilatının sədri