08 sentyabr 2019 10:48
108

Prezidentlər arasında telefon söhbəti olub

Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

AZƏRTAC Ukrayna prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçıları dialoqun normallaşmasına gedən yolda birinci mərhələ çərçivəsində əldə edilmiş razılaşmaların icrasının nəticəsindən məmnun olduqlarını bildiriblər. Tərəflər Donbasda atəşkəs rejiminə riayət etməyin, təmas xəttində qüvvələrin ardıcıl olaraq bir-birindən aralanmasının əhəmiyyətini vurğulayıblar.

Prezidentlər həmçinin Normandiya formatında görüşün keçirilməsi tarixini müzakirə etmək barədə razılığa gəliblər.