18 noyabr 2019 20:39
737

Prezidentlər Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron telefon danışığı zamanı dekabrın 9-na planlaşdırılan “Normand formatı” sammiti ərəfəsində Ukraynadakı vəziyyəti müzakirə ediblər.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər. “Əsas diqqət Parisdə keçirilməsi planlaşdırılan sammitə hazırlıq nəzərə alınmaqla, Ukraynada vəziyyətə ayrılıb”, - Kremlin məlumatında belə deyilir.

Rusiya və Fransa prezidentləri hesab edirlər ki, bu sammit Minsk sazişinin tezliklə və tam reallaşmasını xidmət etməlidir. Bundan əlavə, Putin telefon danışığı zamanı Makronu bir il əvvəl Kerç körfəzində saxlanılmış üç hərbi gəminin Ukraynaya qaytarılması barədə məlumatlandırıb.