24 iyun 2020 15:12
280

Prezidentlərin görüşü təxirə salınıb

Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellenin koronavirus pandemiyası başlayandan bəri ilk xarici səfəri təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb Slovakiya Prezident Administrasiyasında əməkdaşlar arasında COVID-19-a yoluxma şübhəsi olub. Avstriya mətbuatının verdiyi məlumata görə, bu səbəbdən Aleksander Van der Bellen və Slovakiya Prezidenti Zuzana Çaputova arasında görüş baş tutmayıb.

COVID-19 şübhəsi ilə əlaqədar Slovakiya dövlətinin başçısını bu həftənin cümə gününə kimi nəzərdə tutulan bütün görüş və tədbirləri təxirə salmalı, hər ehtimala qarşı karantin qaydalarına əməl etməli olub.