18 may 2020 20:35
373

Prezidentlər telefon danışıblar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumatı “CNN Turk” yayıb.

Bildirilib ki, dövlət başçıları koronavirusa qarşı mübarizədə əməkdaşlığı, pandemiyasonrası dövrdə atılacaq addımı, Suriyadakı vəziyyət başda olmaqla bölgədəki vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər.